Hacıqabulda `Prado` aşdı - Xəsarət alanlar var


19:21     15 Oktyabr 2017 prado-qeza13.jpg

Bu gün Hacıqabul rayonunda "Toyota Prado" markalı minik avtomobili aşıb.


Femida.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Muğan kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza nəticəsində 1-i abır olmaqla, 3 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 603